Bakıda COP29-un bağlanış plenar sessiyası keçirilir

Bakıda COP29-un bağlanış plenar sessiyası keçirilir
SİYASƏT
21:39 23.11.2024
282

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bağlanış plenar sessiyası keçirilir.

Qeyd edək ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə bağlı qərar COP28-in 2023-cü ilin dekabrın 11-də keçirilən plenar iclasında verilib. Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) noyabrın 11-də başlayıb. COP29 Sədrliyi Fəaliyyət Gündəliyi çərçivəsində qlobal təşəbbüsləri elan edib. Sədrlik tərəfindən irəli sürülən təşəbbüslərin məqsədi iqlim fəaliyyətini irəlilətmək, tərəf olmayan maraqlı tərəflərin fəal iştirakını təşviq etmək və iqlim dəyişmələri ilə bağlı ambisiyaları artırmaq və fəaliyyətə təkan verməkdir.

Tədbirin ilk günü COP29-un rəsmi açılış mərasimi olub. Sonra dünya liderlərinin İqlim Fəaliyyətinin Təqdimatı baş tutub.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyanın tərəf dövlətlərindən 80-ə yaxın dövlət və hökumət başçısı COP29 çərçivəsində Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitinin yüksək səviyyəli seqmentində rəsmi bəyanatlarla çıxış edib. Noyabrın 13-də dövlət və hökumət başçılarının çıxışları davam edib.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransı 1995-ci ildən hər il keçirilir. Tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. 1990-cı illərin ortalarından başlayaraq konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kioto Protokolu müzakirə olunmuşdu. 2011-2015-ci illərdə keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan Paris Sazişi müzakirə edilib və 2015-ci ildə qəbul olunub. Razılaşmaya bu günədək 195 ölkə, o cümlədən Azərbaycan da qoşulub.
///Report.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranın XİN: ABŞ ilə razılığa gəlmək mümkündür
15:54 18.04.2025
İranın XİN: ABŞ ilə razılığa gəlmək mümkündür
Sürücülərin nəzərinə! - Saat 00:00-dan bu yollar bağlanacaq
15:53 18.04.2025
Sürücülərin nəzərinə! - Saat 00:00-dan bu yollar bağlanacaq
Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş panel müzakirəsi keçirilib - FOTOLAR
15:50 18.04.2025
Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş panel müzakirəsi keçirilib - FOTOLAR
"Azərbaycanda təbii artımda dinamikanın azaldığını müşahidə etmək olar" - Hicran Hüseynova
15:26 18.04.2025
"Azərbaycanda təbii artımda dinamikanın azaldığını müşahidə etmək olar" - Hicran Hüseynova
lham Əliyev və birinci xanım “Sea Breeze” istirahət mərkəzinin ərazisində layihələrlə tanış olublar
15:22 18.04.2025
lham Əliyev və birinci xanım “Sea Breeze” istirahət mərkəzinin ərazisində layihələrlə tanış olublar
Ukraynada azərbaycanlı hərbçi itkin düşüb
15:12 18.04.2025
Ukraynada azərbaycanlı hərbçi itkin düşüb
Türkiyədə mağazaya silahlı hücum: 1 ölü, 3 yaralı
15:06 18.04.2025
Türkiyədə mağazaya silahlı hücum: 1 ölü, 3 yaralı
Mingəçevir şəhəri fasiləsiz, keyfiyyətli içməli su ilə təmin olunur
14:49 18.04.2025
Mingəçevir şəhəri fasiləsiz, keyfiyyətli içməli su ilə təmin olunur
Yelo Bank alış-veriş festivalı davam edir!
14:36 18.04.2025
Yelo Bank alış-veriş festivalı davam edir!
Türkiyədə 723 immiqrant tutuldu
14:32 18.04.2025
Türkiyədə 723 immiqrant tutuldu
Səhiyyə Nazirliyindən adı siyahıda olmayan plastik cərrahlarla bağlı AÇIQLAMA
14:03 18.04.2025
Səhiyyə Nazirliyindən adı siyahıda olmayan plastik cərrahlarla bağlı AÇIQLAMA
“Dünyanın 100 ən nüfuzlu insanı”nın adları açıqlandı - Siyahıda Əhməd Şara da var
13:53 18.04.2025
“Dünyanın 100 ən nüfuzlu insanı”nın adları açıqlandı - Siyahıda Əhməd Şara da var
"Mən Aygün kimi evimi satıb sənətə xərcləmərəm" - Sevdadan etiraf
13:51 18.04.2025
"Mən Aygün kimi evimi satıb sənətə xərcləmərəm" - Sevdadan etiraf
İran Prezidenti Azərbaycana səfər edəcək - Bu tarixdə
13:47 18.04.2025
İran Prezidenti Azərbaycana səfər edəcək - Bu tarixdə
"Aptekə girib 3 manatlıq dərman alırsan, çıxanda 40 manat cərimələnirsən" - İzzət
13:40 18.04.2025
"Aptekə girib 3 manatlıq dərman alırsan, çıxanda 40 manat cərimələnirsən" - İzzət
Daha bir tiktokerin həbs müddəti uzadıldı
13:40 18.04.2025
Daha bir tiktokerin həbs müddəti uzadıldı