Bakıda çoxmərtəbəli binada yanğın oldu

Bakıda çoxmərtəbəli binada yanğın oldu
Bütün Xəbərlər
23:08 18.12.2012
992

Yanğın zamanı yuxarı mərtəbələrdən 30 nəfər sakin təxliyə edilib

Bakının Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın həyəcanı yaşanıb, sakinlər təxliyə olunub. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının şaxtasından keçən elektrik kabelləri yanıb. Yanğın zamanı yuxarı mərtəbələrdən 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Bina yanğından mühafizə edilib.

OXŞAR XƏBƏRLƏR