79 saylı sərnişin avtobusu yolun əks hərəkət istiqamətinə çıxaraq sərnişinlərin həyatını təhlükəyə atıb.
AZXEBER.COM-un redaksiyasına göndərilən məlumata görə, fotolar ötən gün “Azadlıq” metrosundan Binəqədi qəsəbəsinə gedən yolda çəkilib.
Fotoda 79 saylı sərnişin avtobusunun sürücüsü tıxacda gözləməmək üçün qarşı tərəfin yoluna çıxıb və hərəkətini davam etdirib.
Qeyd edək ki, son illər sərnişin avtobuslarının qaydaları kobud şəkildə pozmalarının nəticəsində çoxlu sayda insan həlak olub.

