Bakıda daha bir çörək sexi bağlanıldı

Bakıda daha bir çörək sexi bağlanıldı
Bütün Xəbərlər
20:08 17.10.2012
1121
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti çörək istehsalının qanunauyğunluğunu yoxlayır. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, C.Xəndan küçəsi, 13 ünvanında Zenfira Hüseynovaya məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı çörəyin gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal edildiyi, habelə çörəyin qablaşdırılmasında mənşəyi məlum olmayan kağız paketlərdən istifadə edildiyi müəyyənləşdirilib.Bundan başqa, yoxlama zamanı məhsulun üzərində istehsalçı müəssisənin adı, istehsal tarixi, enerji dəyəri, zülal, yağ və karbohidratlar barədə məlumatların qeyd edilmədiyi, habelə çörəyin laborator müayinədən keçirilmədən satıldığı aşkarlanıb.Qanun pozuntuları ilə əlaqədar, çörək istehsalının dayandırılması barədə Dövlət Xidməti tərəfindən sahibkar Zenfira Hüseynovaya icrası məcburi göstəriş verilib.
OXŞAR XƏBƏRLƏR