Bakıda daha bir dəhşətli qəza: ölənlər və yaralananlar var

Bakıda daha bir dəhşətli qəza: ölənlər və yaralananlar var
Bütün Xəbərlər
12:53 18.10.2011
1594

Oktyabrın 17-si axşam saatlarında Bakıda daha bir dəhşətli yol nəqliyyat hadisəsi baş verib.

Sabunçu rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Sabunçu qəsəbəsi, Bakı fəhləsi küçəsində “Mercedes” markalı minik avtomobili sərnişin avtobusu ilə toqquşub.

Məlumata görə, 1967-ci il təvəllüdlü Gülməmmədov Vaqif İslam oğlunun sürdüyü 10 RF 635 nömrəli avtomobil, 1968-ci ildə anadan olmuş Baxışov Məhəmməd Yusif oğlunun idarə etdiyi 10 TE 681 nömrə nişanlı, 260 saylı xətt avtobusuna çırpılıb. Nəticədə “Mercedes”in sürücüsü 44 yaşlı V.Gülməmmədov və sərnişini 39 yaşlı Əlizadə Olqa Aleksandrovna hadisə yerində ölüb. Avtobusun sürücüsü və daha bir neçə nəfər isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
OXŞAR XƏBƏRLƏR