Bakıda daha bir gənc oğlan özünü öldürdü

Bakıda daha bir gənc oğlan özünü öldürdü
Bütün Xəbərlər
11:48 27.12.2011
2437
Bakının Binəqədi rayonu ərazisində intihar olub. Rayon Prokurorluğundan milli.az-a verilən məlumata görə, Biləcəri qəsəbəsi, Yeni yaşayış massivində yaşayan 24 yaşlı Şirvan sakini İbadət Ələkbərov özünü öldürüb. Onun meyiti dekabrın 27-nə keçən gecə saat 03 radələrində asılmış vəziyyətdə tapılıb. Mərhumun özünə hansı səbəbdən qəsd etməsi araşdırılır.Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR