Bakıda daha bir keçid yaxın günlərdə istifadəyə veriləcək - FOTOLAR

Bakıda daha bir keçid yaxın günlərdə istifadəyə veriləcək - FOTOLAR
Bütün Xəbərlər
10:42 23.07.2014
489
Bakıda daha bir keçid yaxın günlərdə istifadəyə veriləcək.Nəqliyyat Nazirliyi “Azəryolservis “ASC-nin mətbuat xidmətinin rəhgbəri Pünhan Mürsəliyevin ANS PRESS-ə verdiyi məlumata görə, Atatürk prospekti, 47 ünvanında yerləşən yerüstü piyada keçidinində son tamamlanma işləri aparılır.“Uzunluğu 86 m, eni 3,5 m, yerdən hündürlüyü 6,5 olan keçid 3 giriş-çıxışdan ibarətdir. Piyadaların rahatlığını təmin etmək məqsədilə 2 giriş-çıxışda hündürlüyü 7 m olan 4 eskalator, müasir işıqlandırma sistemi, izləyici kameralar və musiqi səsləndirilməsi üçün avadanlıq quraşdırılıb”, - deyə Pünhan Mürsəliyev bildirib.Hazırda keçidin döşəmə hissəsində sürüşkənliyin qaraşısını almaq məqsədilə xüsusi qranitlə üzlənmə və ətraf ərazinin abadlaşdırılması işləri həyata keçirilir.Piyadaların təhlükəsizliyini təmin edəcək yerüstü keçidin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulub.
OXŞAR XƏBƏRLƏR