Ötən gün 3 saylı şəhər xəstəxanasının doğum şöbəsində uşaq ölümü faktı qeydə alınıb. 8 aylıq hamilə Xuraman Məmmədova həkim müayinəsi üçün xəstəxanaya müraciət edib. Müayinə zamanı həkimlər hamilənin yaxınlarına ana bətnindəki körpənin ürəyinin zəif döyündüyünü, təcili olaraq ana üzərində əməliyyat keçirilməli olduğunu deyiblər.Bu məqsədlə hamilə doğum şöbəsinə göndərilib. Şöbənin həkimi Pərvanə Orucova isə əməliyyata ehtiyac olmadığını, təbii doğumla körpəni dünyaya gətirəcəyini bildirib. Zərərçəkmişin qohumları həkimin təbii doğum üçün xəstənin qohumlarından 300 manat pul istədiyini deyib.Məlumata görə, qarşılıqlı razılıqdan sonra hamilə qadın səhər saatlarında şöbəyə qəbul olunsa da, axşama kimi nə əməliyyat, nə də təbii doğuş aparılmayıb. Günün sonuna yaxın məlum olub ki, xəstə keysəriyyə əməliyyatına götürülüb. Nəticədə uşaq ölüb. Hamilənin qaynanası Nazxanım Hüseyinlinin sözlərinə görə, gəlinini xəstəxanaya gətirəndə, heç bir narahatlığı olmayıb.Səhiyyə Nazirliyindən isə bildirdilər ki, ekspertizanın rəyindən sonra fakt araşdırılacaq.Xatırladaq ki, analoji hadisə daha əvvəl Ağdaş, Ucar, Sabirabad, Zaqatala və Azərbaycanın digər rayonlarında baş verib.//anspress