Bakıda daha bir marşrutun avtobusları yenilənir

Bakıda daha bir marşrutun avtobusları yenilənir
SOSİAL
20:08 13.10.2025
213
Paytaxtın Sabunçu dəmoryol stansiyasını "Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi və metronun "Dərnəgül” stansiyası ilə əlaqələndirən 93 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZXEBER.COM-a bildirilib ki, oktyabrın 14-dən sərnişinlərin xidmətinə veriləcək 10 ədəd "King Long" markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub.

Yeni avtobusların xətlərə buraxılması ilə bu marşrut üzrə hərəkət intervalı 11-12 dəqiqə təşkil edəcək. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Marşrut üzrə gedişhaqqı 0,60 manat müəyyən edilib
OXŞAR XƏBƏRLƏR