Bakıda daha bir neçə marşrut bağlanır

Bakıda daha bir neçə marşrut bağlanır
Bütün Xəbərlər
11:53 25.12.2012
1678

“Ola bilər ki, Bakıda yenə bir sıra marşrut xətləri bağlansın”.

AZXEBER.COM-un məlumatına görə, bunu modern.az-a açıqlamasında Nəqliyyat Nazirliyinin Katiblik rəisi Namiq Həsənov deyib. Nazirlik rəsmisi bildirib ki, ola bilər hər hansı bir marşrutun hərəkət xətti uzadılsın və bağlanan marşrut xətlərindən hansısa bərpa olunsun.

“Bu proses tam məcrasına düşənə qədər davam edəcək. Proses 3 istiqamətdə aparılır. Belə ki, bir-birini təkrarlayan xətlər, xırda tutumlu “Mersedes” markalı mikroavtobuslar və istismar müddətini başa vurmuş avtobuslar yığışdırılır. Bu proses başa çatana qədər ləğvetmə prosesi gedəcək. Bu optimallaşdırma proqramıdır”.

N.Həsənov bildirib ki, lap əvvəllər sərnişindaşımada 310 marşrut və 210 daşıyıcı olub. Nazirlik rəsmisi digər yenilikdən də danışıb.

“İndi 170-ə yaxın marşrut xətti və 64 daşıyıcı qalıb. 2013-cü ilin əvvəlindən kart sistemini tətbiqi ilə bağlı prosesə çox böyük hazırlıqlar gedəcək. Kart sisteminin tətbiqindən sonra digər texniki işlər həyata keçiriləcək. İlin birinci yarısında kart sisteminin tətbiqinə başlanılacaq”.

Gələcəkdə Bakıya yeni avtobusların gətirilməsinə gəlincə, N.Həsənov 50 ədəd avtobusun gətirilməsinin gözlənildiyini deyib:

“Bu yaxınlara qədər 250 ortatutumlu avtobus gətirilmişdi. Onların 200-ü xəttə buraxılıb. Təxminən 50-yə yaxın avtobus qalıb. Ola bilsin ki, ortatutumlu avtobuslardan daha 50 ədədi gətirildi”.

 

 

 

OXŞAR XƏBƏRLƏR