Avtobus qarşıdakı minik maşınına çırpılıb
Bu gün saat 12:00 radələrində Bakının mərkəzində sərnişin avtobusu qəzaya uğrayıb. ANS PRESS-in məlumatına görə, hadisə Konservatoriyanın qarşısında baş verib.Belə ki, 61 saylı, “Daewoo” markalı, 10 TH 048 dövlət nömrə nişanlı sərnişin avtobusu hərəkıtdə olarkəın qarşıdan olan “Ford” markalı avtomobil ilə toqquşub. Qəza nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib.Qəzaya uğrayan 61 saylı xəttə nəzarət edən “Xaliq Faiqoğlu” MMC-nin nəzarət müfəttişi İbrahim Quliyevin ANS PRESS-ə verdiyi məlumata görə, qəza nəticəsində xəsarət alan olmayıb. Sadəcə avtobus və qarşısındakı minik maşını əzilib.“Elə də ciddi problem yoxdu. Hazırda mən həmin avtobusa baxın üçün gedirəm”, - deyə İbrahim Quliyev bildirib.












































