Nərimanov rayonunda 4 yaşlı uşaq faciəvi şəkildə ölüb.
Nərimanov Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, 2010-cu ildə anadan olmuş Şahin Dəmirov dünən liftin şaxtasına düşüb. Ağır xəsarətdən o, yerindəcə keçinib.
Hadisə baş verən binada liftin şaxtası açıq olub. Ş.Dəmirov da birinci mərtəbədə həmin şaxtaya düşüb. Başı dəmirə dəyib və dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.