Onun sözlərinə görə, paytaxtın Həsən Əliyev küçəsinin Koroğlu Rəhimov küçəsi ilə kəsişməsindən Atatürk prospekti ilə kəsişməsində yerləşən tunelin giriş hissəsinə qədər olan 300 metrlik hissəsində aparılan təmir işləri aprelin 13-dən 14-nə keçən gecə başa çatıb.
P.Mürsəliyev bildirib ki, artıq bütün işlər qurtarıb, xətlənmə işləri də tamamlanıb və yol istismara verilib.