Paytaxtda daha bir yolda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub.
AZXEBER.COM xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.NİİM-dən bildirilib ki, paytaxtın Nəcəfqulu Rəfiyev küçəsində (Babək prospekti istiqamətində) aparılan təmir işləri ilə əlaqədar olaraq yolun bir zolağında nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.“Həmin istiqamətdə hərəkət edən sürücülərə alternativ olaraq Fəzail Bayramov və Yusif Səfərov küçələrindən istifadə etmələri tövsiyə olunur”.
