Bakıda ən çox qəza baş verən prospektlərin siyahısı açıqlandı.
Bakıda son üç ayda ən çox yol qəzası baş verən prospektlərin adları açıqlanıb.
Bakı Şəhər Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif ƏsədovunAPA-ya verdiyi məlumata görə , yanvarın 1-dən martın 30-a qədər paytaxt ərazisində baş verən qəzaların əksəriyyəti Heydər Əliyev prospekti, Fəhlə prospekti, Qara Qarayev prosepekti, Babək prospekti və Aeroport şosesində qeydə alınıb.