Bakıda damı uçan məktəbdən reportaj - FOTOLAR + VİDEO

Bakıda damı uçan məktəbdən reportaj - FOTOLAR + VİDEO
Bütün Xəbərlər
13:46 20.10.2014
788
Ötən gün axşam saatlarında hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Bakı şəhərindəki 225 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi sıradan çıxıb.Məlum olub ki, hazırda məktəbdə tədrisi davam etdirmək mümkünsüzdür. Bu səbəbdən sözügedən tədris müəssisəsində müvəqqəti olaraq təhsil dayandırılıb.Hazırda həmin məktəbdə təmiri şləri aparılır.Qeyd edək ki, hadisə ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsindən açıqlama verilmişdi. Qurumdan verilən məlumata görə, bununla əlaqədar olaraq bu gün təhsil müəssisəsində tədris müvəqqəti dayandırılıb.Dünən məktəb rəhbərliyi tərəfindən müəllim və şagirdlər bununla bağlı məlumatlandırılıb. Hazırda məktəbdə Təhsil Nazirliyinin nümayəndələri və müvafiq ekspertlər araşdırma aparır. Gün ərzində tədrisin bərpa olunması vəziyyəti ilə bağlı əlavə məlumat veriləcək.//anspress
OXŞAR XƏBƏRLƏR