Bakıda daş sexində dəhşətli hadisə: fəhlə divarla aparatın arasında qaldı və...

SOSİAL
21:30 11.12.2018
5993
Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Qaradağ rayonunda yerləşən "Karvan” daş sexində gecə saatlarında 1 nəfərin ölməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Məlum olub ki, ölən şəxs 1970-ci il təvəllüdlü Qasımov Müşfiq Dadaş oğludur.

Məlumata görə, 48 yaşlı M.Qasımov karxana ərazisində şırımaçan aparatın üzərində dayanaraq iş görürmüş. Bu zaman qəza baş verib və şırımasan qurğu seldən çıxıb. Aparatla divarın arasında qalan M.Qasımov hadisə yerindəcə keçinib.

Bildirilir ki, daş sexi iş adamı Tarverdiyev Elman Əliş oğluna məxsusdur.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
 
///Publika.az

OXŞAR XƏBƏRLƏR