Bakıda dəhşət: polisi öldürüb meyitini yandırdılar

Bakıda dəhşət: polisi öldürüb meyitini yandırdılar
Bütün Xəbərlər
00:20 19.04.2015
2610

Bakıda İmişli Rayon Polis Şöbəsi əməkdaşlarından birinin meyiti tapılıb.

İmişli RPŞ-nin əməkdaşı Kazımov Muxtar Nəcəf oğlu bir neçə gün öncə avtomobil almaq məqsədilə Bakıya gəlib.

O, avtomobil almaq üçün paytaxta Rabil adlı digər polis yoldaşı ilə birlikdə gəlib.Onlar Bakıya gələrkən M. Kazımovun üzərində 12500 dollar miqdarında pul olub.

Daha sonra M. Kazımov gəldiyi Bakı şəhərində yoxa çıxıb. Bu gün Bakıda tapılan naməlum kişi meyitinin üzərində araşdırma aparan tibbi ekspertiza cəsədin M. Kazımova aid olduğunu müəyyən edib.

Əldə olunan məlumata görə, M.Kazımov xüsusi amansızlıqla qətlə yetirildikdən sonra onun meyiti yandırılıb.

Onunla Bakıya gələn Rabil adlı şəxs isə hal-hazırda şübhəli şəxs qismində saxlanılıb.

//avropa.info

OXŞAR XƏBƏRLƏR