Bakıda dəhşət: qısqanc oğlan sevdiyi qızı və özünü güllələdi

Bakıda dəhşət: qısqanc oğlan sevdiyi qızı və özünü güllələdi
Bütün Xəbərlər
23:33 02.12.2011
3703

Bakıda oğlan sevdiyi qızı və özünü odlu silahla vurub

Bakının Nizami rayon prokurorluğundan verilən məlumata görə, saat 15 radələrində 238 saylı məktəbin arxasında Ramin Əsgərov odlu silahla əvvəlcə sevdiyi qızı – Aytən Şahbazovanı, sonra isə özünü vurub.

Məlumata görə, Aytən Şahbazova hadisə yerində keçinib, Ramin Əsgərov isə yaralı vəziyyətdə xəstəxanaya aparılıb.

İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.

Faktla bağlı araşdırmaya başlanılıb.

//Trend

OXŞAR XƏBƏRLƏR