Qəzanı törədən sürücü isə heç maşını belə saxlamadan hadisə yerindən qaçıb.
Bu gecə Sabunçu rayonu ərazisində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.AZXEBER.COM-un virtualaz.org saytına istinadən xəbər verir ki, bir neçə dəqiqə əvvəl Sabunçu rayonu ərazisində Şəhər şosesində (Zabratdan Heydər Əliyev prospektinə gedən yol) piyadaların vurulması ilə nəticələnən ağır qəza olub.
Yüksək sürətlə hərəkət edən “Range Rover” markalı “CİP” yolu keçmək istəyən 3 piyadanı vurub. Hadisə zamanı piyadalardan biri hadisə yerindəcə keçinib. Ölən şəxs kişi olub. Ağır yaralanan dah iki nəfər isə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.
Qəzanı törədən sürücü isə heç maşını belə saxlamadan hadisə yerindən qaçıb.