Bakıda dəhşət: tələbə qız liftin şaxtasına yıxıldı

Bakıda dəhşət: tələbə qız liftin şaxtasına yıxıldı
Bütün Xəbərlər
02:09 19.12.2015
1260
Bakıda binanın 9-cu mərtəbəsindən yıxılan 17 yaşlı qız sağ qalıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə,1998-ci il təvəllüdlü, 1 saylı Bakı Tibb Kollecinin tələbəsi Esmira Əhmədova Səhiyyə Nazirliyinin paytaxtın Yasamal rayonunda yerləşən İctimai Səhiyyə və İslahatlar Mərkəzinin inzibati binasının 9-cu mərtəbəsindən yük liftinin şaxtasına yıxılıb. O, 1-ci mərtəbədə dayanan vəziyyətdə olan liftin üzərinə düşüb. E.Əhmədova aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Sentyabr ayının 9-da da Sumqayıt şəhərində 54 yaşlı kişi liftin şaxtasına düşüb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Həmin məlumata əsasən, Sumqayıt şəhərində 1961-ci il təvəllüdlü Surxayev Yaşar Fərhad oğlu liftin şaxtasında düşərək köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər liftin şaxtasına baxış keçirərkən Y.Surxayevin cəsədini aşkarlayıblar.
OXŞAR XƏBƏRLƏR