Yanvarın 30-da Bakıda dəhşətli ölüm hadisəsi baş verib.
Sabunçu rayon Polis İdarəsindən AZXEBER.COMa verilən məlumata görə, Şəhər şossesində qar təmizləməklə məşğul olan Mənzil Kommunal İstismar Sahəsinin texnikası qar təmizləyən işçini vurub.
Məlumata görə, Quliyev Hüseynağa Sultan oğlunun idarə etdiyi ağır texnika sürüşüb yıxılan işçi 1954-cü il təvəllüdlü Allahverdiyev Arif Əhməd oğlunun üstündən keçib. Nəticədə 58 yaşlı kişi hadisə yerində dünyasını dəyişib.
Faktla əlaqədar araşdırma başlanılıb.