Paytaxtda məzarlıqda cinayət baş verib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Suraxanı Rayon Polis İdarəsindən məlumat verilib.İdarədən bildirilib ki, Babək prospektində yerləşən qəbiristanlıqda 1980-ci il təvəllüdlü Mehdiyev Rövşən Sabir oğlu həyat yoldaşı, 1984-cü il təvəllüdlü Mehdiyeva Cəmilə Fərrux qızı tüfəngdən açdığı atəş nəticəsində qətlə yetirib.Hadisədən sonra R.Mehdiyev polisə təslim olub.Hazırda faktla bağlı araşdırma aparılır.