Bakıda partlayış baş verib.
AZXEBER.COM APA-ya istinadən bildirir ki, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb.
Usta kondisionerə qaz vurarkən partlayış olub, usta hadisə yerində ölüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.