Bakıda dəhşətli qətl: Bıçaqlayıb öldürdüyü meyiti yandıraraq qızındı

SOSİAL
12:04 15.05.2020
18385
Bakıda qətl törətməkdə təqsirləndirilən Tuqay və Xəyal Bayramov qardaşlarının cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

AZXEBER.COM "report”a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Siyavuş Hacıyevin icraatında olan iş üzrə hazırlıq iclasının vaxtı açıqlanmayıb.

Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında baş verib.

Nərimanov rayonu, Nürəddin Süleymanov küçəsində aparılan tikinti çuxurundan Naxçıvan şəhərində qeydiyyatda olan 1964-cü il təvəllüdlü Adəm Qibləli oğlu Abdullayevin yanmış cəsədi tapılıb.

Meyitin ekspertizası zamanı həkimlər çoxlu sayda bıçaq yaraları aşkar ediblər. İlkin məlumata əsasən, qətl hadisəsi başqa ünvanda həyata keçirilib.

Cinayətin iştirakçıları öldürülən şəxsi avtomobil vasitəsilə Nürəddin Süleymanov küçəsinə gətirərək, tikinti aparılan ərazidə çuxur yerinə atıb, hadisə yerindən uzaqlaşıblar.

Araşdırmalar zamanı məlum olub ki, qətldən bir müddət öncə A.Abdullayev Tuqay Bayramovla spirtli içki qəbul edib. Daha sonra tərəflər arasında yaranan mübahisə zəminində A.Abdullayevi bıçaqlayıb.

Saxlanılan 1986-cı il təvəllüdlü Gəncə şəhər sakini Tuqay Gündüz oğlu Bayramov izahatında öldürdüyü şəxsin cəsədini sürüyərək, tikinti çuxuruna atdığını deyib.

Tuqay Bayramov cəsədi qızınmaq məqsədilə yandırdığını etiraf edib. Belə ki, o, yandırdığı meyitin yanında bir qədər durduqdan sonra hadisə yerini tərk edib.

İlkin istintaq dövründə hadisənin bir neçə şəxs tərəfindən həyata keçirildiyi barədə şübhələr olsa da, saxlanılan şəxs cinayəti tək törətdiyini bildirib.

İstintaq zamanı cinayətdə onun qardaşı Xəyal Bayramovun da iştirakçı olduğu müəyyənləşib.

Onlara Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham verilib.

T.Bayramov əvvəllər də fərariliyə və hərbi hissəni özbaşına tərk etməyə görə məhkum olunub.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:14 06.08.2020

“Azərbaycanın diplomatik nümayəndəliklərinə hücum beynəlxalq məsuliyyət yaradır”

19:07 06.08.2020

Bakının bəzi küçə və prospektlərində tıxac var - FOTO

18:55 06.08.2020

Almaniya və Fransada rekord göstərici

18:37 06.08.2020

Daha bir kafenin sahibi və müştəriləri cərimələndi - FOTO

18:31 06.08.2020

Qurban Məmmədovun “konfederasiya” və “federasiya” ilə bağlı fikirlərinin arxasında hansı maraq dayanır?

18:19 06.08.2020

Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə təlimləri davam edir

18:08 06.08.2020

Kiyevdə erməninin azərbaycanlı tələbələrə silahlı hücumunun görüntüləri ortaya çıxıb - VİDEO

17:59 06.08.2020

“Lavanguardia” qəzeti: Ermənistan başa düşməlidir ki, Azərbaycanın səbri tükənməz deyil

17:55 06.08.2020

Azərbaycana xaricdən 215 həkim gətirilib

17:53 06.08.2020

Sərdar Ortaç Ağamirzənin "Ana" qəzəlini dedi - VİDEO

17:51 06.08.2020

Mikayıl Cabbarov: “Valyuta məzənnəsi tam sabitdir, xarici və daxili dövlət borcu artmayıb”

17:42 06.08.2020

Baş Nazir: "Azərbaycanda yaxın zamanlarda karantin rejimi yenidən yumşaldılacaq"

17:35 06.08.2020

190 manat kimlərə veriləcək? - Nazirlikdən açıqlama

17:24 06.08.2020

Çempionlar Liqası bərpa olunur

17:07 06.08.2020

Azərbaycanda yoluxma 150-dən aşağı düşdü, 435 nəfər sağaldı

17:02 06.08.2020

“AccessBank”da kredit şərtini özün seç!

X Mostbet