Bakıda dəhşətli qətl: - Qısqanc oğul anasına 102 bıçaq vurdu

KRİMİNAL
12:07 27.12.2013
2638

Bakıda dəhşətli qətl hadisəsi törədilib.

AZXEBER.COM-un Lent.az-a istinadən verdiyi xəbərə görə, Bakı Şəhər Baş Polis İdarəsindən bildiriblər ki, dekabrın 18-də Bakıxanov qəsəbə sakini Mürsəl Dünyamalıyev yaşadığı İnşaatçılar küçəsindəki evində, qısqanclıq zəminində anası Cəmilə Dünyamalıyevanı çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib.Məhkəmə tibbi ekspertizası 51 yaşlı qadının bədənində 102 bıçaq yarası aşkar edib. Xəsarətlərin əksəriyyəti dərin olub və daxilə nüfuz edib.31 yaşlı M.Dünyamalıyev anasına qarşı olan nifrətini və qəddarlığını onun əxlaqsızlıq etməsi ilə əlaqələndirib. Dəfələrlə ifadə verən M.Dünyamalıyev hər dəfə “əxlqasızlıq edirdi” deyə bildirib. Lakin o, anasını konkret olaraq hansı fakt-sübuta görə bu şəkildə öldürdüyünü açıqlamaqdan imtina edib.Qeyd edək ki, M.Dünyamalıyev uzun müddət idmanla məşğul olub. “Socar”da mühafizəçi işləyən Mürsəl hadisəni törətdikdən sonra iş yerinə gəlib və iş yoldaşları ilə vidalaşıb. Daha sonra isə könüllü olaraq Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə gedərək təslim olub.Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

OXŞAR XƏBƏRLƏR