Hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb
Bu gün saat 12.00 radələrində Bakının Xəzər rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayonun Qala kəndi yaxınlığında “Opel” markalı minik avtomobili və KamAZ markalı yük maşını toqquşub.
“Opel”in sürücüsü, 1969-cu il təvəllüdlü Tarverdiyev İlqar Abbasqulu oğlu hadisə yerində keçinib, onun sərnişinləri və ailə üzvləri olan 3 nəfər isə müxtəlif bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.
Sürücünün cəsədini maşından çıxarmaq üçün Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə yerinə çağırılıblar.