Bakıda dəhşətli temperatu: 48 dərəcə isti – VİDEO

Bakıda dəhşətli temperatu: 48 dərəcə isti – VİDEO
Bütün Xəbərlər
12:06 19.08.2014
2280
“Bu temperaturu görəndə təşvişə düşürük”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti tərəfindən əhaliyə edilən xəbərdarlıq sakinlər arasında ciddi təşviş yaradıb.
AZXEBER.COM APA TV-yə istinadən xəbər verir ki, belə ki, son günlər havanın temperaturunun 40, bəzi yerlərdə isə 43 dərəcəyə çatacağı deyilir.
Paytaxtın ayrı-ayrı yerlərində temperatur göstəricisi olan tablolarda havanın hərarəti fərqli göstərilir. Əgər bu tablolara inansaq, eyni saatda paytaxtda 35 dərəcədən 48 dərəcəyədək istilik qeydə alındığını görə bilərik.
"Xəbərdarlıqdan təşvişə düşən sakinlər Mehdi Mehdizadə küçəsində yerləşən dayanacaqda quraşdırılan temperatur ölçən tablonu görsələr, onların təşvişi birə-beş artar. Çünki reallıqda havanın temperaturu 38 dərəcə olduğu halda, tabloda 48 dərəcə göstərir”.
"Bu temperaturu görəndə təşvişə düşürük. Axı 48 dərəcə az göstərici deyil. İndi 38 dərəcədə belə istidir, onda gör 48 dərəcədə hava necə olar".
Analoji vəziyyət paytaxtın digər ərazilərində də hökm sürür. Bu göstərici paytaxtın avtobus dayanacaqlarında yerləşdirilən bəzi elektron tablolarda əks edilib. Maraqlısı odur ki, şəhərin ayrı-ayrı yerlərindəki tablolarda havanın hərarəti fərqli göstərilir.
Gün altında havanın temperaturunun göstəricisi 40, kölgədə isə 30-36 dərəcə göstərilib. Daha çox gün düşən avtodayanacaqlarda isə hərarət 48 dərəcəyə kimi yüksəlib. Dayanacaqların yeri dəyişdiyi kimi, onlarda quraşdırılan tablolardakı temperatur göstəriciləri də dəyişir.
"Növbəti dayanacaqda havanın temperaturunun 45 dərəcə olduğu göstərilib. Bura isə 28 may küçəsində yerləşən dayanacaqdır".
"Neftçilər prospektindəyik. Burada dayanacaqda quraşdırılan tabloda saat 13:30, temperatur göstəricisi isə 40 dərəcə göstərir".
"35 dərəcə isti. Bu tablo da Neftçilər Pprospektində digər dayanacaqdan təqribən 150 metr kənarda quraşdırılıb. Göründüyü kimi, burada göstərilən 35 dərəcə isti digər tabloda göstərilən 40 dərəcə istidən kəskin fərqlənir. Bu isə o deməkdir ki, həqiqətən də paytaxtda quraşdırılan dayanacaqlarda temperatur göstəriciləri olan tablolar tamamilə yanlış göstərir".
Qeyd edək ki, son günlər paytaxtda anomal istilər müşahidə olunur. Sinoptiklər avqustun 19-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağını, əsasən yağmursuz keçəcəyini deyir. Havanın temperaturu gecə 23-27, gündüz 35-38 olacaq, yarımadanın bəzi yerlərində hərarət 40 dərəcəyə çatacaq.
OXŞAR XƏBƏRLƏR