Bakıda dəmir yolu xəttinin kənarında yanğın baş verdi

Bakıda dəmir yolu xəttinin kənarında yanğın baş verdi
Bütün Xəbərlər
17:13 10.09.2012
836
Bakının Xətai rayonunda yanğın hadisəsi baş verib.
APA-nın xəbərinə görə, yanğın bu gün saat 16.00 radələrində Babək prospektindən keçən dəmir yolu xəttinin kənarında qeydə alınıb. Ərazidə qurumuş ağac və kol-kosun yanması ilə müşahidə edilən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 3 yanğınsöndürən maşını cəlb olunub. Hazırda yanğının qarşısının alınması ucun tədbirlər görülür.
OXŞAR XƏBƏRLƏR