Bakıda yerləşən İngilis dili mərkəzi öz üzvlərinə fərqli metodlarla, ödənişsiz olaraq ingilis dili dərslərinin tədrisinə başladı .Proqrama qoşulmaq istəyən hər kəs qeydiyyatdan keçməklə kluba 1 illik üzv olmalıdır. Proqram iştirakçılarına 1 səviyyə ( level) ingilis dili dərsləri ödənişsiz olaraq keçirilir. Dörd həftə davam edəcək proqrama əyləncəli oyunlar, kino gecələri, ingilis dilində söhbət və mini debatlar daxil edilib. Dərs əsnasında tələbələr komandalara bölünməklə bir-biri ilə yarışaraq verilən tapşırıqları yerinə yetirəcəklər. Dərs müddətində tələbələr yalnız ingilis dilində danışmaqla ingilis dili bacarıqlarını daha da inkişaf etdirəcəklər. Proqramı uğurla bitirən hər bir tələbə English Language Club tərəfindən Diplomla təltif olunacaq. Kluba üzv olan hər kəs yuxarıda göstərilənlərdən əlavə il ərzində ingilis, rus və başqa dillərdə aparılan əyləncəli söhbətlərdə, kino gecələrində, təlim və seminarlarda, gəzintilərdə ödənişsiz yaxud endirimli qiymətlərlə iştirak edə biləcəklər. Qeyd edək ki, ELC 01.06.2012 tarixində təlim təhsil mərkəzi kimi fəaliyyətə başlamış, 01.07.2012 ci il tarixindən etibarən fəaliyətini həm də klub kimi davam etdirməkdədir. Məqsədi Azərbaycanda ingilis dilinin daha asan və tez bir zamanda mənimsədilməsini həm nəzəri həm də praktiki cəhətdən həyata keçirmək, gənclərə eyni zamanda özünü inkişaf etdirmək istəyən hər kəsə ən yüksək şəkildə dəstək olmaqdır.