Bakıda dənizdə hicabla çimən qadının əri danışdı- FOTO

Bakıda dənizdə hicabla çimən qadının əri danışdı- FOTO
Bütün Xəbərlər
12:36 29.07.2014
20664

“Biz çimərliyə getmişdik ki, həyat yoldaşıma üzməyi öyrədim. Amma bundan şou duzəltdilər”. 

AZXEBER.COM xəbər verir ki, bu barədə ANS PRESS-ə bir neçə gün öncə şəkli Bakı çimərliklərinin birində çəkilərək sosial şəbəkədə yayılmış qadının həyat yoldaşı danışıb. 

“Biz türkiyəliyik. Bəlkə də Türkiyədə olsaydıq, çimərliyə getməzdik. Azərbaycanı Türkiyəyə baxanda belə məsələdə daha tolerant, daha inkişaflı ölkə sayırıq. Həyat yoldaşıma üzməyi öyrətmək istəyirdim. Buna görə dənizə girdik. Amma şəklimizi sosial şəbəkəyə yerləşdirdilər və məsələdən başı çıxan-çıxmayan hər kəs haqqımızda ağzına gələni yazdı. Məgər hicablı qadın dənizə girə bilməz? Ona görə də, haqımızı bu dedi-qodu yazanlara halal etmirəm. Bizə Ramazan bayramını haram etdilər”,- deyə türkiyəli kişi bildirib. 

OXŞAR XƏBƏRLƏR