Dekabrın 20-nə keçən gecə Bakı şəhərinin Sabunçu rayonu ərazisində dirəkdən asılmış vəziyyətdə meyit tapılıb. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Zabrat qəsəbəsi ərazisindən keçən dəmiryolu xəttində, dirəkdən asılı vəziyyətdə 25-30 yaşlı kişiyə məxsus meyit aşkarlanıb. Dərhal əraziyə hüquq-mühafizə orqanlarının nümayəndələri gəlib. Araşdırmalar nəticəsində ölən şəxsin 1987-ci il təvəllüdlü Sahib Zirəddin oğlu Həsənov olması müəyyən edilib. Məlum olub ki, S.Həsənov yaxınlıqda yaşayırmış. Faktla əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.