Paytaxtın Səbail rayonu, Sahil metrostansiyasının yaxınlığında dönərxanada yanğın baş verib.
Bu barədə AZXEBER.COM-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.
Əlavə məlumat veriləcək.










































