Bakıda dörd ayda yol qəzalarında 103 nəfər ölüb

Bakıda dörd ayda yol qəzalarında 103 nəfər ölüb
Bütün Xəbərlər
13:17 06.05.2013
792

Bakıda son dörd ayda baş verən yol qəzalarında 103 nəfər ölüb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, bu il yanvarın 1-dən may ayının 4-ə qədər paytaxt ərazisində yol hərəkətini pozan 220925 sürücü haqqında inzibati protokol tərtib edilib. Hesabat dövrü ərzində 375 yol qəzası qeydə alınıb. Nəticədə 103 nəfər ölüb, 448 nəfər yaralanıb.

OXŞAR XƏBƏRLƏR