Bakıda quldurluq hadisəsi baş verib.Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, oktyabrın 8-i saat 16 radələrində naməlum şəxslər Səngəçal qəsəbəsi ərazisində Namiq Mirağayevi döyərək, 570 manat pulunu, 2 ədəd mobil telefonunu və avtomobilinin açarlarını götürərək qaçıblar.Şikayət əsasında Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsinin əməkdaşları əməliyyat keçirib.