Şaxtalı hava şəraiti ilə əlaqədar Bakıda 4 donvurma hadisəsi qeydə alınıb.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov bildirib ki, donvurmaya məruz qalanlardan 3-ü xəstəxanaya çatdırılıb və onlar "bomj" olub. Bu gün səhər saatlarında isə Mərdəkan qəsəbəsində 45-50 yaşlarında kişi küçədə donvurmadan ölüb. Həmin şəxsin meyiti polisə təhvil verilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan daha əvvəl verilən məlumata görə, Bakıda şaxtalı hava şəraiti fevralın 5-dək hökm sürəcək.