Bakıda dörd yaşlı uşaq dördüncü mərtəbədən yıxılaraq öldü

Bakıda dörd yaşlı uşaq dördüncü mərtəbədən yıxılaraq öldü
SOSİAL
10:16 02.10.2022
565
Bakının Nizami rayonunda ehtiyatsızlıqdan dördüncü mərtəbədən yıxılan 4 yaşlı uşaq xəstəxanada dünyasını dəyişib.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, 2018-ci il təvəllüdlü azyaşlı yaşadığı mənzilin eyvanından yıxılıb.

Ağır xəsarətlər alan uşaq təcili tibbi yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin təfərrüatı araşdırılır.
OXŞAR XƏBƏRLƏR