Bakıda əcnəbilər arasında qanlı dava: ölən var

Bakıda əcnəbilər arasında qanlı dava: ölən var
Bütün Xəbərlər
10:43 06.05.2013
1374

Özbək həmyerlisini bıçaqlayıb.

Bakının Binəqədi rayonu ərazisində qanlı cinayət baş verib. Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, Hökməli dairəsi yaxınlığında, kafelərin birinin qarşısında Özbəkistan Respublikası vətəndaşları arasında dava düşüb. Dava zamanı Nizamuddin Faziluddin oğlu İsabayev həmyerlisi Anvar adlı şəxsi bıçaqlayıb. Nəticədə bıçaqlanan şəxs ağır yaralanıb. Onu xəstəxanaya aparan zaman yolda ölüb. Hadisənin pul üstündə törədildiyi bildirilir. Faktla bağlı cinayət işi başalnıb, araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR