Bakıda əməliyyat: 36 nəfər saxlanıldı

Bakıda əməliyyat: 36 nəfər saxlanıldı
Bütün Xəbərlər
13:56 22.10.2014
5614
Bakının Binəqədi rayonu ərazisində polis əməliyyat keçirib.
ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Binəqədi rayon Polis İdarəsi 6-cı polis bölməsi əməkdaşları tərəfindən həyata keçirilib.
Keçirilən əməliyyat nəticəsində avaraçılıq və dilənçiliklə məşğul olan 36 nəfər saxlanılıb. Saxlanılanlardan 19-u qadın, 3-ü kişi, 14-ü azyaşlı olub. Saxlanılanlar barələrində inzibati tədbir görülərək yaşadıqları Yevlax şəhərinə göndəriliblər.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR