Bakıda əməliyyat: “Kriminal avtoritet” üçün pul yığanlar tutuldular - TƏFƏRRÜAT

KRİMİNAL
17:47 12.04.2022
1282
Bakı sakininə hədə-qorxu gələrək pulunu və əşyalarını ələ keçirən dəstə üzvlərinə hökm oxunub.

AZXEBER.COM xəbər verir ki, "Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin martında baş verib. Belə ki, Gürcüstan vətəndaşı Ceyhun Musayev əlbir olduğu Fərhad Məlikov (soyad şərtidir) və Ramil Hüseynovla (soyad şərtidir) birlikdə şəhər sakini Emin Həsənova (soyad şərtidir) zor tətbiq edərək 1500 manat pul tələb ediblər.

Eminin üzərinə bıçaq çəkən dəstə üzvləri pulu həbsdə olan və "kriminal avtoritet” hesab edilən, özlərinin isə "böyük qardaş” adlandırdıqları şəxs üçün sovqat göndərmək məqsədilə istədiklərini bildiriblər. Hədələrdən qorxan Emin Həsənov onların istədikləri pulun bir qismini verib.

Məhkəmədə ifadə verən dəstə üzvlərindən biri, Ceyhun Musayev bildirib ki, Eminlə əvvəlcədən tanış olublar və ona qarşı heç bir hədə-qorxu olmayıb:

"Biz onunla 2021-ci ilin fevral ayında tanış olmuşduq. Tez-tez görüşmüşük, birlikdə yemək yemişik. Bir gün o mənə dedi ki, borcu var və buna görə ona köməklik edim. Mən də ona borc olaraq 1500 manat verdim. Bir müddət sonra ondan pulumu istədim. Həmin puldan 300 manat verdi. Biz onun maşınını qaçırmamışıq. Öz razılığı ilə götürmüşəm. Bundan əvvəl də dəfələrlə ondan maşını götürüb öz işimə görə istifadə etmişəm. Onunla aramızda heç bir anlaşılmazlıq olmayıb. Mən dostlarımla birlikdə ona hədə-qorxu gəlməmişəm. Onu qorxutmaq üçün bıçaqdan da istifadə olunmayıb”.

Dəstənin digər üzvü Fərhad Məlikov da ifadəsində Ceyhunun sözlərini təsdiqləyib:

"Mən Ceyhunu iki ilə yaxındır ki, tanıyıram. Emini də Ceyhunun vasitəsilə tanımışam. Dəfələrlə birlikdə oturub yemək yeyib, çay içmişik. Bir neçə dəfə Ceyhunla birlikdə Emindən pul götürməyə getmişik. Pulu istəyəndə Emin bildirmişdi ki, imkanı yaxşı deyil, qaytaracaq. Avtomobili götürəndə Emin atasının evdə olduğunu, aşağı düşə bilmədiyini demişdi. Açarın yerini Ceyhuna deyəndən sonra biz maşını götürmüşük. Telefonla bağlı isə heç bir məlumatım yoxdur. Eminin telefonunu kiminsə götürməsini görməmişəm”.

Ramil Hüseynov da ifadəsində dostlarının sözlərini təsdiqləyib və bildirib ki, Emin özü onunla tanışlıq yaradıb.

Məhkəmə iclasında ifadə verən zərərçəkən Emin Həsənov bildirib ki, bu şəxslər onu açıq şəkildə təhdid edərək pulunu və telefonunu alıblar:

"Məndən 1500 manat pul istəmişdilər. O qədər pulumun olmadığını onlara dedim. Bundan sonra iki dəfə məndən 150 manat olmaqla 300 manat götürüblər. Bundan sonra bir axşam həyətdən maşınımı qaçırdılar və fotosunu mənə ataraq satacaqlarını dedilər. Hər dəfə mənə bıçaqla hədə-qorxu gəlirdilər. Polisə şikayət etdiyim təqdirdə isə məni cəzalandıracaqlarını bildirdilər. Buna görə də heç kimə bu barədə deyə bilmirdim. Daha sonra yenə məndən pul istəyəndə imkanım olmadığını dedim. Bu zaman onlar əlimdəki "iPhone X” telefonunu görüb dedilər ki, onlara verim. Mən inkar edəndə isə zorla əlimdən aldılar. Telefonun da qiyməti 600 manat idi. Bundan sonra yenidən məndən 4000 manat istədilər. Hər dəfə məndən pul istəyəndə də deyirdilər ki, bunu həbsdə olan və "kriminal avtoritet” hesab edilən, özlərinin isə "böyük qardaş” adlandırdıqları şəxs üçün sovqat göndərmək üçün istəyirlər”.

Bakı Şəhəri Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə quldur dəstənin üzvləri olan Fərhad Məlikov və Ramil Hüseynov 11 il müddətinə azadlıqdan məhrum ediliblər. Ceyhun Musayevə isə 10 il həbs cəzası verilib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:45 20.05.2022

Bu istiqamətlərdə rus ordusunun 40 hərbçisi məhv edildi

00:34 20.05.2022

Zelenski: "Ukrayna qalib gələcək, amma bu, on minlərlə insanın həyatı bahasına olacaq"

00:28 20.05.2022

Kulebadan SƏRT MESAJ: "Buna heç kimin siyasi hüququ yoxdur, Ukrayna öz qələbəsinin...

00:22 20.05.2022

“Azov” alayının komandir müavini: “Azovstal”da əməliyyat gedir” - VİDEO

00:14 20.05.2022

Çin liderindən Rusiyaya şok mesaj - “Buna görə hansısa ölkəni qurban vermək...”

00:07 20.05.2022

Bürclər bu günə nə deyir?

23:58 19.05.2022

Dünyanı qorxuya salan "meymun çiçəyi" virusu: Əlamətləri nədir?

23:56 19.05.2022

Rihanna ilk övladını dünyaya gətirdi - OĞLU OLDU

23:40 19.05.2022

ÜST Çinin COVID-19 peyvəndi “Convidecia”nın tətbiqini təsdiqlədi

23:26 19.05.2022

Bu ölkə Ukraynaya 25 min ton benzin tədarük edəcək

23:08 19.05.2022

NATO 42 minlik qüvvəni döyüş vəziyyətinə gətirdi - Yeni müharibə baş verəcək?

22:54 19.05.2022

Quterreş Ukraynada atəşkəs üçün hərəkətə keçməyə çağırdı

22:45 19.05.2022

Ərdoğan: "Nə Putin, nə də Zelenski ilə əlaqələri kəsə bilərəm"

22:40 19.05.2022

Mədəniyyət Nazirliyi Vaqif Əsədovun ölümü ilə bağlı nekroloq yaydı

22:33 19.05.2022

“Mercedes-Benz” 17 000-dən çox avtomobili geri çağırır - Səbəbi AÇIQLANDI

22:27 19.05.2022

Türkiyə İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsi üçün ən vacib şərtini açıqladı