Bakıda ən ucuz torpaq bu ərazidədir - QİYMƏTLƏR

Bakıda ən ucuz torpaq bu ərazidədir - QİYMƏTLƏR
SOSİAL
23:29 09.07.2026
392
Bakıda daşınmaz əmlak bazarında qiymətlər artmaqda davam etsə də, rayonlar arasında fərqlər hələ də qalır.

Şəhərin mərkəzinə yaxınlıq, nəqliyyat imkanları, sosial infrastruktur və tikinti intensivliyi daşınmaz əmlakın dəyərini müəyyənləşdirən əsas amillər kimi çıxış edir. Bu isə paytaxtın müxtəlif rayonlarında torpaq, fərdi yaşayış evləri və qeyri-yaşayış obyektləri üzrə qiymətlərin fərqli səviyyədə formalaşmasına səbəb olur.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin 2026-cı ilin iyun ayı üzrə açıqladığı göstəricilər də bu tendensiyanı təsdiqləyir.

Məlumata görə, torpaq sahələri üzrə ən yüksək göstərici Sabunçu rayonunda – 3,7% təşkil edib. Sonrakı yerlərdə Suraxanı (3,5%), Binəqədi (3,3%), Xəzər (3,2%) və Qaradağ (3,0%) qərarlaşıb.Mərkəzi rayonlardan Nərimanov (2,7%), Yasamal (2,6%), Nəsimi (2,6%) və Nizami (2,6%) üzrə göstəricilər orta səviyyədə olub. Ən aşağı göstərici isə Pirallahı rayonunda – 2,3% qeydə alınıb.Qeyri-yaşayış obyektləri üzrə ən yüksək göstərici Səbail rayonunda – 2,6% olub. Nəsimi (2,5%), Yasamal (2,4%) və Nərimanov (2,3%) rayonları da yüksək göstəricilər sırasındadır.Ən aşağı göstəricilər isə Pirallahı (1,3%), Qaradağ (1,5%) və Xəzər (1,5%) rayonlarında qeydə alınıb.Fərdi yaşayış evləri bazarında isə Xəzər rayonu 2,5%-lə ilk yerdə qərarlaşıb. Onu Sabunçu (2,3%), Binəqədi (2,2%) və Suraxanı (2,2%) izləyir.

Ən aşağı göstəricilər Səbail və Nəsimi rayonlarında (1,5%) müşahidə olunub. Nərimanov, Xətai və Nizami rayonlarında isə bu göstərici 1,7%, Yasamal və Pirallahıda 1,6% təşkil edib.

/Metbuat.az
OXŞAR XƏBƏRLƏR