BAKU AZƏRBAYCAN
8°C
euro 1.8710
dollar 1.7010
rubl 0.0268
lirə 0.2700

Bakıda ər arvada dəhşət yaşatdı: “Uşağın atası mən deyiləm...” - Şok təfərrüat

Bakıda ər arvada dəhşət yaşatdı: “Uşağın atası mən deyiləm...” - Şok təfərrüat
SOSİAL
16:57 17.01.2020
4144
Bakıda arvadını özünü öldürmə həddinə çatdırmaqda ittiham olunan 1976-cı il təvəllüdlü Vəli Babayevin (cinayət işində ad və soyadlar şərti verilib - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

AZXEBER.COM teleqraf.com-a istinadən xəbər verir ki, Vəli Babayev paytaxtın Səbail rayonunda yaşayıb və Mətanət Məlikova ilə ailə qurub.

Sonradan onların arasında ailə-məişət zəminində mübahisə yaranıb və məhkəmə qaydasında rəsmi nikahlarına son qoyulub. Buna baxmayaraq Vəli Babayev nikahlarının pozulduğu vaxtdan (bu tarix 2011-ci ilə təsadüf edir - red.) 2017-ci ilin fevralınadək arvadının və birgə nikahdan doğulmuş qızlarının gündəlik tələbatını, qızının təhsili ilə əlaqədar bütün maddi ehtiyaclarını təmin etməyi və faktiki ər-arvad münasibətlərini davam etdirib.

Bu hərəkətləri ilə Vəli Babayev Mətanəti maddi və digər ehtiyaclardan özündən asılı vəziyyətdə saxlayıb. O, həmin ilin mayından etibarən Mətanəti mütəmadi olaraq döyüb, ona qarşı amansız rəftar edib, nalayiq ifadələrlə təhqir edib.

Sərxoş vəziyyətdə hər dəfə evə gələrək Mətanəti məsxərəyə qoyub, tez-tez birgə nikahdan doğulmuş qızlarının atasının başqa şəxs olması kimi fikirlər səsləndirib.

Bununla kifayətlənməyən Vəli Babayev Mətanətə maddi və sair yardımdan məhrum edəcəyi, yaşadıqları evdən qovacağı ilə hədə-qorxu gəlib.

Keçmiş ərinin bu hərəkətlərindən emosional gərginlik halı keçirən Mətanət avqustun 28-də, gecə saat 2 radələrində yaşadığı Səbail rayon, Y.Bədəlov küçəsində evin hamam otağında özünü öldürmək məqsədilə bıçaqla döş qəfəsinə zərbələr yetirib, ülgüclə sol mil-bilək oynağının ön səthini kəsib.

Bundan başqa, Mətanət sentyabrın 1-də, saat 10 radələrində yaşadığı evin yataq otağının pəncərəsindən özünü ataraq intihar edib.

İstintaq araşdırması zamanı Mətanət Məlikovanın intihar etməsində keçmiş əri Vəli Babayev təqsirli bilinib.

İstintaq orqanı tərəfindən Vəli Babayevin barəsində Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə ittiham elan edilib.

Səbail rayon Məhkəməsinin hökmü ilə Vəli Babayevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 2 il sınaq müddəti olmaqla 3 il 9 ay müddətinə şərti cəza təyin olunub.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Vəli Babayevin cəzasının ağırlaşdırılmasını istəyib.

Həmçinin zərərçəkmiş də eyni tələblə apelyasiya instansiyası məhkəməsinə müraciət edib. Təqsirləndirilən şəxsin müdafiəçisi də apelyasiya şikayəti verib. Vəkil müdafiə etdiyi şəxsin əməlinin sübuta yetirilmədiyini, onun barəsində olan cinayət işinə xitam verilməsini istəyib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə prokurorun protesti, zərərçəkmiş tərəfin və təqsirləndirilən şəxsin müdafiəçisinin verdiyi şikayət təmin olunmayıb.

Bu qərardan narazı qalan Vəli Babayevin vəkili kasasiya şikayəti verib. Vəkil kasasiya şikayətində də cinayət işinə xitam verilməsini istəyib.

Prokuror da kasasiya protesti verib. O, kasasiya protestində Bakı Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, cinayət işinə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib.

Tərəflərin şikayətləri araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Fərhad Kərimovun sədrliyi ilə baş tutan prosesdə prokurorun protestinin, təqsirləndirilən şəxsin vəkilinin verdiyi şikayətin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Məhkəmə tərəflərin kasasiya şikayətlərini təmin etməyib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:54 29.03.2020

Bu gündən Bakı metrosu sutkada 5 saat işləyəcək

00:52 29.03.2020

Dünyada koronavirusa yoluxanların sayı 570 min nəfəri ötdü

00:51 29.03.2020

TƏBİB sədri: "Koronavirusun regionlarda aşkarlanması ciddi həyəcan siqnalıdır"

00:49 29.03.2020

Rüştü Rəcbər də koronavirusa yoluxdu

23:56 28.03.2020

Fransada koronavirus qurbanlarının sayı 2,3 min nəfəri ötdü

23:44 28.03.2020

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!” - VİDEO

23:20 28.03.2020

Prezident: "Həkimlərə həmrəylik və dəstək üçün müxtəlif aksiyalar keçirilir"

22:55 28.03.2020

Dövlət başçısı: "Əgər bu infrastruktur olmasaydı, xəstəliyə qarşı necə mübarizə apara bilərdik"

22:52 28.03.2020

İlham Əliyev: "Qaydaları pozanlara qarşı tədbirlər daha da sərtləşdiriləcək"

22:50 28.03.2020

“Mindən çox insan Atletlər kəndində saxlanılır” - İlham Əliyev

22:37 28.03.2020

“Azərbaycana qayıdışın, bu axınının hansısa formada qarşısının alınmasına ehtiyac var”

22:33 28.03.2020

Prezidentin həkimlərlə bağlı dəstək mesajı “Alov Qüllələri”ndə - VİDEO

22:25 28.03.2020

Türkiyədə koronavirusa yoluxanların və ölənlərin sayı artıb

22:10 28.03.2020

Mehriban Əliyeva: "Tibb işçilərimiz bu çətin sınaqdan şərəflə çıxırlar"

21:53 28.03.2020

Azərbaycan Prezidenti: "Biz mütləq həm xəstələrə sahib çıxacağıq, həm də iş adamlarına"

21:29 28.03.2020

İlham Əliyev tibb işçilərini alqışladı - VİDEO