Bakıda ər arvadını dini baxışlarına görə qətlə yetirdi - TƏFƏRRÜAT

KRİMİNAL
19:10 27.04.2020
2588

Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinərək məhkum olunan Hacıyev Müzəffər Zabit oğlu Ali Məhkəməyə müraciət edib.

AZXEBER.COM ölkə.az-a istinadən xəbər verir ki, Müzəffər Hacıyev məhkəmədən barəsindəki işin yenidən araşdırılmasını və hökmün dəyişdirilməsini xahiş edib.

Onun müraciətinə hakim İnqilab Nəsirovun sədrliyi ilə keçiriləcək məhkəmə iclasında baxılacaq.

Məhkəmə baxış iclası mayın 12-nə təyin olunub.

Qeyd edək ki, hadisə 2007-ci ildə baş verib. Saat 21.00 radələrində Sabunçu rayonu Pirşağı qəsəbəsində qəsəbə sakini Müzəffər Hacıyev ailə münaqişəsi zəminində arvadı Bikəxanımı bıçaqla qətlə yetirib. M.Hacıyev könüllü olaraq Sabunçu RPİ 15-ci PB-yə gəlib.
Araşdırmalar zamanı M.Hacıyevin həyat yoldaşını dini baxışlarına görə öldürməsi müəyyənləşib.

OXŞAR XƏBƏRLƏR