AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bakı şəhər sakini Ağahüseyn Dadaşov “VAZ-21015” markalı avtomaşınında, qeyri-rəsmi nigah münasibətlərində olduğu Lənkəran rayon sakini İlhamə Xudayarovanın üzərinə benzin tökərək yandırıb. İlhamə Xudayarova xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır. Arvadını yandıran kişi isə Xəzər RPİ 2-ci PB əməkdaşları tərəfindən tutulub.