Bakıda ər arvadını və qaynanasını vəhşicəsinə döydü
Bütün Xəbərlər
10:33 30.04.2013
1460
Ötən gün saat 17-18 radələrində Bakının Binəqədi rayonu ərazisində 30 yaşlı kişi arvadını və qaynanasını vəhşicəsinə döyüb. Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, 30 yaşlı Məhəmməd Vəli oğlu Bayramov həyat yoldaşı 25 yaşlı Səfurə Cəlal qızı Bayramovanı və qaynanası 60 yaşlı Mahirə Cavanşir qızı Babayevanı möhkəm döyüb. Nəticədə hər iki qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.Hadisənin səbəbinə gəlincə, Məhəmməd Bayramov işdən evə gəlib. Bu zaman evdə uşaqlar dəcəllik edirmiş. Kişi əsəbləşərək uşaqları döyməyə başlayıb. Bu zaman qadın onun qarşısını almaq istəyib. Buna əsəbləşən M.Bayramov qadını yerə yıxaraq təpikləyib. Daha sonra işə qarışan qaynanaya hücum edib.