Bakıda ər arvadını vəhşicəsinə öldürdü – DƏHŞƏTLİ CİNAYƏT

Bakıda ər arvadını vəhşicəsinə öldürdü – DƏHŞƏTLİ CİNAYƏT
Bütün Xəbərlər
18:58 08.12.2012
1763

Qətli törədən şəxs hadisə yerindən qaçıb

Bakıda daha bir dəhşətli qətl hadisəsi törədilib. Bu gün saat 15:15 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi II mədən 40-cı binada ər arvadını qətlə yetirib. Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, 40-cı binada 32 yaşlı Könül Ağamalıyeva bıçaqla qətlə yetirilib. Onun meyidini evdə qanın içində tapıblar. Hadisəni törədən qadının əri Etibar adlı şəxs isə hadisə yerindən qaçıb. Hadisə şahidlərinin verdikləri məlumata görə, Könül Ağamalıyeva həyat yoldaşı ilə yola getmirmiş. Onların aralarında daima problemlər olurmuş. Bu gün qadın 2 azyaşlı övladını da götürüb anasının Binəqədidə tutduğu kirayə evə gəlib. Qadının həyat yoldaşı da onun ardınca gəlib. Evdə Könülün bacısı olub. Etibar Könül ilə evdə mübahisəyə başlayıb. Bunu görən Könülün bacısı həyətə düşərək analarının işinə zəng vurub, sonradan evə qayıtdıqda isə bacısını qanın içində görüb.  Hadisə şahidlərinin sözlərinə görə, əri Könülü bıçaqladıqdan sonra kərpiclə onun başına zərbələr endirib. Hadisə yerinə həkim çağırılsa da, qadının həyatını xilas etmək mümkün olmayıb. Hadisə şahidlərinin sözlərinə görə, arvadını öldürdükdən sonra Etibar Binəqədidəki neft buruqları tərəfə qaçıb. Hazırda hadisə yerində hüquq-mühafizə orqanları çalışır.

OXŞAR XƏBƏRLƏR