Bakıda ərindən küsən qadın qaçdı

Bakıda ərindən küsən qadın qaçdı
Bütün Xəbərlər
13:05 12.11.2014
1216
Qadın övladlarını da özü ilə aparıb
Bakıda itkin düşən ana və övladları tapılıb.
Bakı Şəhər Baş Polis İdarəsindən anspress-ə verilən məlumata görə, əməliyyat Yasamal Rayon Polis İdarəsi 28-ci polis bölməsi əməkdaşları tərəfindən həyata keçirilib.
Keçirilən tədbirlər nəticəsində, itkin düşmüş Əfsanə Mirzəyeva, qızları Fatimə, Zilan və oğlu Səid tapılıb. Onların evə qayıtmaları təmin edilib.
28-ci polis bölməsindən verilən məlumata görə, qadın övladlarını da götürüb özü ərindən qaçıbmış. Onlar arasında narazılıq pul üstündə düşüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR