Polis vətəndaşları sakitləşdirməyə çalışıb.
Bu gün Şəhidlər Xiyabanında Şuşanın işğal günü ilə bağlı anım tədbiri keçirilib.
AZXEBER.COM Modern.az-a istinadən xəbər verir ki, tədbirdə ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir zamanı erməni vəhşiliyinə etiraz əlaməti olaraq Ermənistan bayrağı yandırılıb. Bundan əvvəl isə polis bu addıma etiraz edib və vətəndaşları sakitləşdirməyə çalışıb.
Lakin sonda erməni bayrağı yandırılıb.
