Bakıda əsgərin güllələnməsi faktı ilə bağlı cinayət işi açıldı

Bakıda əsgərin güllələnməsi faktı ilə bağlı cinayət işi açıldı
Bütün Xəbərlər
15:30 18.01.2013
903

Bakıda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Alayının əsgərinin güllə yarası alması ilə bağlı bəzi nüanslar məlum olub.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqovun verdiyi məlumata görə, əsgər hərbi xidmətdə olarkən öz silahı ilə ehtiyatsız davrandığı üçün güllə açılıb.

Bunun nəticəsində də əsgər ağır yaralanıb. Əsgər dərhal xəstəxanaya yerləşdirilib və üzərində cərrahiyyə əməliyyatı aparılıb. Faktla bağlı hərbi prokurorluq tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır. /// Ans

OXŞAR XƏBƏRLƏR