Bakıda ət niyə baha satılır? - VİDEO

Bakıda ət niyə baha satılır? - VİDEO
SOSİAL
00:03 13.10.2026
185
Dana ətinin kiloqramı Bakıda 19 manat, Beyləqanda 17 manat, Bərdədə isə 17 manat 50 qəpiyə satılır. Beləliklə, paytaxtda qiymət bu iki rayonla müqayisədə 1 manat 50 qəpik-2 manat yüksəkdir. Bərdədə fəaliyyət göstərən qəssab deyir ki, ümumilikdə ətin yerindən alış qiymətləri artsa da, alıcılara gündəlik satışları azalıb.

AZXEBER.COM Xezerxeber.az-a istindən xəbər verir ki, Bakıdakı qəssablar isə bildirirlər ki, bölgədən gətirilən ətin üzərinə daşınma və satış xərcləri də əlavə olunur. Onların sözlərinə görə, əvvəl təxminən 1 manat olan qiymət fərqi indi bəzi rayonlarla müqayisədə 2 manata çatır.

Quzu ətində də bölgə ilə paytaxt arasında qiymət fərqi var. Bölgədə fəaliyyət göstərən  qəssablar deyirlər ki,  heyvanın çəkisi və yaşı da qiymətə təsir edir.

Bakıda isə 15-17 kiloqramlıq quzuların ətinin 1 kiloqramı 21 manata təklif olunur. Əmlik quzuların əti isə daha baha satılır.

Bölgələrdə fəaliyyət göstərən qəssablar ətin qiymətinin son aylar mütəmadi artdığını bildirirlər. Bu artımın davam edəcəyini düşünənlər də var.
 

OXŞAR XƏBƏRLƏR